Həkimlər 7 aylıq körpəyə yardım göstərməkdən imtina etdi
Tarix: 21-10-2015, 17:53 | Çap et
Həkimlər 7 aylıq körpəyə yardım göstərməkdən imtina etdi
Zaqatala rayonunda boğazında nar dənəsi qalan 7 aylıq qız ölüb.

Körpənin dayısı Nurulla Muradovun APA-ya verdiyi məlumatına görə, oktyabrın 20-də günorta saatlarında bacısı qızı Ruqiyyə Məmmədova yaşadığı evdə yediyi nar giləsi onun tənəffüs borusuna düşüb. Valideynləri körpəni Zaqatala Mərkəzi Rayon Xəstəxanasına aparsalar da, onlara uşağı Şəki MRX-a aparmağı məsləhət görüblər.

Dayısının sözlərinə görə, Zaqatala MRX-dan onlara heç bir həkim və təcili yardım maşını verilməyib. Uşaq həkim nəzarəti olmadan Şəki MRX-a aparıblar. Orada isə artıq körpəyə kömək edə bilməyəcəklərini deyiblər və Bakıya çatdırılması məsləhət görülüb. Körpə Bakıya gətirilərkən yolda keçinib.

Zaqatala MRX-dan fakt təsdiqlənib, körpəyə orada lazımi tibbi yardımın göstərildiyi bildirilib. Uşaq doğulduğu Qımır kəndində torpağa tapşırılıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net