Bloomberg: Avropa Rusiyadan təhlükəsizlik tələblərinin müzakirəsindən əvvəl Ukraynada müharibəni dayandırmağı tələb edi
Tarix: Bu gün, 11:25 | Çap et


Avropa ölkələri Rusiyanın qitənin təhlükəsizlik arxitekturası ilə bağlı tələblərini müzakirə etməzdən əvvəl Moskvanın Ukraynadakı müharibəni dayandırmasında israr edirlər.

“Bloomberg“ agentliyinin məlumatına görə, Avropa rəsmiləri Rusiya Prezidenti Vladimir Putinin NATO-nun Şərqi Avropadakı mövcudluğunu faktiki olaraq aradan qaldırmağa yönəlmiş tələblərini qəbuledilməz hesab edirlər.

Avropalı rəsmilərin fikrincə, mövcud təhlükəsizlik sisteminin əsas məqsədlərindən biri Rusiyanın Avropa ölkələrinə qarşı mümkün hərbi təcavüzünün qarşısını almaqdır.

Agentliyin mənbələri bildiriblər ki, Moskva Ukraynaya qarşı müharibəni davam etdirdiyi və bir sıra mövcud razılaşmaları pozduğu şəraitdə təhlükəsizlik arxitekturası ilə bağlı müzakirələrin aparılması mənasız olardı.

Bununla belə, Avropanın bu mövqeyi ABŞ Prezidenti Donald Trampın administrasiyası ilə münasibətlərdə əlavə gərginlik yarada bilər.

Məlumata görə, Vaşinqton Avropanın təhlükəsizlik arxitekturasına dair Rusiyanın təkliflərinin Ukrayna üzrə sülh danışıqları ilə paralel şəkildə müzakirə edilməsini istəyir.

ABŞ administrasiyasının Moskva ilə razılaşma əldə etməyə çalışması isə bəzi Avropa paytaxtlarında narahatlıq doğurub.

Polşanın xarici işlər naziri Radoslav Sikorski məsələ ilə bağlı bildirib ki, Avropa sülhün əldə olunmasında Rusiya Prezidentindən daha çox maraqlı görünməməlidir.

“Biz sülhü Putindən daha çox istəməməliyik”, – nazir vurğulayıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net