Azərbaycanda bir sıra icbari sığorta növləri üzrə DƏYİŞİKLİKLƏR OLACAQ
Tarix: Bu gün, 14:24 | Çap et


"Azərbaycanda bir sıra icbari sığorta növləri üzrə dəyişikliklərin həyata keçirilməsi planlaşdırılır".

Vertikal.top Oxu.Az-a istinadla xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının baş direktoru Vüsal Qurbanov XI Azərbaycan Beynəlxalq Sığorta Forumu (AIIF-2026) çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Azərbaycanda bir sıra icbari sığorta növləri üzrə DƏYİŞİKLİKLƏR OLACAQ

O qeyd edib ki, icbari fərdi qəza sığortasına aid olan sığorta növlərinin yenilənməsi ilə bağlı işlər görülür:

"Biz həm beynəlxalq təcrübəni öyrənirik, həm də bu nüansları hazırlanan konsepsiya çərçivəsində nəzərə almışıq. İcbari avtosığorta sahəsində də qanunvericiliyə müəyyən dəyişikliklərin edilməsi nəzərdə tutulur. Həmin kateqoriyada maddi zərərə görə sığorta məbləği 5 milyon manatdır və bu limit avtomatik bərpa olunur. Yəni vətəndaşın əmlakına 5 milyon manatlıq ziyan dəysə belə, limit sıfırlanmır, yenidən eyni həddə çatdırılır".

V.Qurbanov qeyd edib ki, digər sığorta məhsullarında ödəniş edildikdən sonra ümumi sığorta limiti azalır:

"Ancaq avtosığortada qaydalar fərqlidir. Bu istiqamətdə sığorta limiti daimi olaraq qorunur və eyni səviyyədə saxlanılır".




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net