Ana Sayfa > Xəbər > Həkimlər 7 aylıq körpəyə yardım göstərməkdən imtina etdi
Həkimlər 7 aylıq körpəyə yardım göstərməkdən imtina etdi21-10-2015, 17:53. Yazar: admin |
![]() Zaqatala rayonunda boğazında nar dənəsi qalan 7 aylıq qız ölüb. Körpənin dayısı Nurulla Muradovun APA-ya verdiyi məlumatına görə, oktyabrın 20-də günorta saatlarında bacısı qızı Ruqiyyə Məmmədova yaşadığı evdə yediyi nar giləsi onun tənəffüs borusuna düşüb. Valideynləri körpəni Zaqatala Mərkəzi Rayon Xəstəxanasına aparsalar da, onlara uşağı Şəki MRX-a aparmağı məsləhət görüblər. Dayısının sözlərinə görə, Zaqatala MRX-dan onlara heç bir həkim və təcili yardım maşını verilməyib. Uşaq həkim nəzarəti olmadan Şəki MRX-a aparıblar. Orada isə artıq körpəyə kömək edə bilməyəcəklərini deyiblər və Bakıya çatdırılması məsləhət görülüb. Körpə Bakıya gətirilərkən yolda keçinib. Zaqatala MRX-dan fakt təsdiqlənib, körpəyə orada lazımi tibbi yardımın göstərildiyi bildirilib. Uşaq doğulduğu Qımır kəndində torpağa tapşırılıb. Geri dön |