
Türkiyənin Sivas şəhərində yaşayan Azərbaycan vətəndaşı intihar edib.
Virtualaz.org saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, 62 yaşlı Fikrət Ağayev özünü yaşadığı binanın 4-cü mərtəbəsindən özünü atıb.
F.Ağayev hadisədən dərhal sonra Sivas Dövlət Xəstəxanasına aparılan zaman təcili yardım maşınında dünyasını dəyişib. Onun ağciyər xərçəngindən əziyyət çəkdiyi və Türkiyəyə həyat yoldaşı ilə birlikdə 3 ay əvvəl getdiyi bildirilir. F.Ağayev intihar anında evdə tək imiş.
Faktla bağlı istintaq araşdırmaları başlayıb.

