Ana Sayfa > Xəbər > 3 ay əvvəl Türkiyəyə köçən Azərbaycan vətəndaşı orada intihar etdi

3 ay əvvəl Türkiyəyə köçən Azərbaycan vətəndaşı orada intihar etdi


14-10-2015, 15:28. Yazar: admin
3 ay əvvəl Türkiyəyə köçən Azərbaycan vətəndaşı orada intihar etdi
Türkiyənin Sivas şəhərində yaşayan Azərbaycan vətəndaşı intihar edib.

Virtualaz.org saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, 62 yaşlı Fikrət Ağayev özünü yaşadığı binanın 4-cü mərtəbəsindən özünü atıb.

F.Ağayev hadisədən dərhal sonra Sivas Dövlət Xəstəxanasına aparılan zaman təcili yardım maşınında dünyasını dəyişib. Onun ağciyər xərçəngindən əziyyət çəkdiyi və Türkiyəyə həyat yoldaşı ilə birlikdə 3 ay əvvəl getdiyi bildirilir. F.Ağayev intihar anında evdə tək imiş.

Faktla bağlı istintaq araşdırmaları başlayıb.

Geri dön