
Polşanın Osvensim şəhəri yaxınlığında yerləşən faşistlərin Auşvits-Birkenau ölüm düşərgəsinin keçmiş qadın əməkdaşı 260 min insanın ölümündə günahlandırılır.
Musavat.com xəbər verir ki bu barədə məlumat “Daily Mail” qəzetində yer alıb.
İstintaq nəticələri göstərir ki, Şlezviq - Qolşteyn federal torpağının sakini (adı Alman qanunlarına görə açıqlanmır) 1944-cü ildə həmin düşərgədə rabitəçi işləyib.
Şlezviq prokurorluğunun mətbuat xidməti bildirib ki, məhkəmə tərəfindən işə baxış gələn ildən tez olmayacaq.
Qeyd edək ki, bu ölüm düşərgəsində 1940-1945-ci illərdə bir milyondan artıq insan öldürülüb.

