Ana Sayfa > Xəbər > 91 yaşlı qadın 260 min insanın ölümündə təqsirli bilinir
91 yaşlı qadın 260 min insanın ölümündə təqsirli bilinir22-09-2015, 17:34. Yazar: admin |
![]() Polşanın Osvensim şəhəri yaxınlığında yerləşən faşistlərin Auşvits-Birkenau ölüm düşərgəsinin keçmiş qadın əməkdaşı 260 min insanın ölümündə günahlandırılır. Musavat.com xəbər verir ki bu barədə məlumat “Daily Mail” qəzetində yer alıb. İstintaq nəticələri göstərir ki, Şlezviq - Qolşteyn federal torpağının sakini (adı Alman qanunlarına görə açıqlanmır) 1944-cü ildə həmin düşərgədə rabitəçi işləyib. Şlezviq prokurorluğunun mətbuat xidməti bildirib ki, məhkəmə tərəfindən işə baxış gələn ildən tez olmayacaq. Qeyd edək ki, bu ölüm düşərgəsində 1940-1945-ci illərdə bir milyondan artıq insan öldürülüb. Geri dön |