Azərbaycan səfirliyi soydaşlarımız üçün ödənişsiz avtobuslar təşkil etdi
Tarix: 29-07-2020, 01:05 | Çap et
Azərbaycan səfirliyi soydaşlarımız üçün ödənişsiz avtobuslar təşkil etdi

Azərbaycanın Gürcüstandakı səfirliyi soydaşlarımıza müraciət edib.

Oxu.Az xəbər verir ki, müraciətdə Vətənə qayıtmaq istəyən soydaşlarımızın koronavirusa qarşı verdikləri test nəticələrinin cavablarının bu gün səhər yerli vaxtla 07:00-da elan ediləcəyi bildirilib.

Qeyd edilib ki, test nəticələri neqativ olan şəxslər saat 10:00-da Tbilisidəki səfirliyimizin binası önündən xüsusi ayrılmış ödənişsiz avtobuslarla Sınıq Körpü sərhəd keçid məntəqəsinə çatdırılacaq.

Bildirilib ki, COVID pasportu əldə etmiş şəxslər şəxsi nəqliyyat vasitələrindən də istifadə edə bilərlər.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net