Ana Sayfa > Xəbər > Azərbaycan səfirliyi soydaşlarımız üçün ödənişsiz avtobuslar təşkil etdi
Azərbaycan səfirliyi soydaşlarımız üçün ödənişsiz avtobuslar təşkil etdi29-07-2020, 01:05. Yazar: admin |
![]() Azərbaycanın Gürcüstandakı səfirliyi soydaşlarımıza müraciət edib. Oxu.Az xəbər verir ki, müraciətdə Vətənə qayıtmaq istəyən soydaşlarımızın koronavirusa qarşı verdikləri test nəticələrinin cavablarının bu gün səhər yerli vaxtla 07:00-da elan ediləcəyi bildirilib. Qeyd edilib ki, test nəticələri neqativ olan şəxslər saat 10:00-da Tbilisidəki səfirliyimizin binası önündən xüsusi ayrılmış ödənişsiz avtobuslarla Sınıq Körpü sərhəd keçid məntəqəsinə çatdırılacaq. Bildirilib ki, COVID pasportu əldə etmiş şəxslər şəxsi nəqliyyat vasitələrindən də istifadə edə bilərlər. Geri dön |