Bakıda qanlı hadisə törədən 16 yaşlı gənc MƏHKƏMƏ QARŞISINDA
Tarix: 6-01-2016, 17:12 | Çap et
Bakıda qanlı hadisə törədən 16 yaşlı gənc MƏHKƏMƏ QARŞISINDA
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərbə vurmaqda təqsirli bilinən Bakı şəhər sakini, 2000-ci il təvəllüdlü Yuriy Mits Aleksandroviçin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Lent.az-ın məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı yanvarın 11-ə təyin edilib.

Qeyd edək ki, keçən il sentyabrın 24-də Nizami rayonu Qara Qarayev prospektində Bakı şəhər sakini Faiq Tahirova bıçaqla xəsarət yetirilib. Nizami rayon Polis İdarəsinin əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 2000-ci il təvəllüdlü Yuriy Mits tutulub.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net