Ana Sayfa > Xəbər > Bakıda qanlı hadisə törədən 16 yaşlı gənc MƏHKƏMƏ QARŞISINDA
Bakıda qanlı hadisə törədən 16 yaşlı gənc MƏHKƏMƏ QARŞISINDA6-01-2016, 17:12. Yazar: admin |
![]() Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərbə vurmaqda təqsirli bilinən Bakı şəhər sakini, 2000-ci il təvəllüdlü Yuriy Mits Aleksandroviçin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Lent.az-ın məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı yanvarın 11-ə təyin edilib. Qeyd edək ki, keçən il sentyabrın 24-də Nizami rayonu Qara Qarayev prospektində Bakı şəhər sakini Faiq Tahirova bıçaqla xəsarət yetirilib. Nizami rayon Polis İdarəsinin əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 2000-ci il təvəllüdlü Yuriy Mits tutulub. Geri dön |