Bakıda ətin kilosunu 560 manata satırlar - Video
Tarix: 18-11-2015, 15:32 | Çap et
Bakıda ətin kilosunu 560 manata satırlar - Video
Bu ət dükanındakı qiymətlər müştəriləri şoka saldı.

Region TV-də yayımlanan "Çəkən var" verilişi yenə bir-birindən məzəli və maraqlı süjetləri ilə tamaşaçıları sevindirib.

Süjetlərin birində, ssenariyə əsasən, ət dükanında işləyən satıcı (verilişin aktyoru) 1 kilo dana və ya quzu ətini müştərilərə 300, 560, 1000 manat kimi qiymətlərlə satmağa çalışır. Satıcı, qiymətlərin bahalılığını satdığı ətin sümüklərinin qızıl suyuna çəkilməsi ilə əlaqələndirir.

Bütün bunların bir zarafat və çəkiliş olduğundan xəbərsiz müştərilər isə şok keçirmiş halda nə baş verdiyini anlamağa çalışır, hər şey aydınlaşdıqdan sonra isə təbəssümlərini gizlədə bilmirlər.

Həmin maraqlı süjeti sizə təqdim edirik.







Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net