Gülər Əhmədovanın ofisi boşaldıldı
Tarix: 18-11-2015, 15:03 | Çap et
Gülər Əhmədovanın ofisi boşaldıldı
Sabiq millət vəkili Gülər Əhmədovanın “Hökumət evi”də yerləşən qəzetinin (Mərkəz) ofisi əlindən alınıb.

"Qafqazinfo"ya daxil olan məlumata görə, “Mərkəz” qəzetinin bu binada yerləşən 15 kabineti başqa dövlət qurumlarına verilib. Belə ki, G. Əhmədovanın təsisçisi olduğu “Mərkəz” qəzetinin “Hökumət Evi”nin beşinci alaqapı, beşinci mərtəbədə yerləşən 12-yədək kabinet Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə verilib. Birinci mərtəbədə G. Əhmədovanın özünün və köməkçilərinin üç kabineti isə Tarif Şurasına verilib.

Bu günlərdə G. Əhmədova da “Hökumət Evi”nə gedərək onun iştirakı ilə həmin otaqlarda “Mərkəz”qəzetinə və Respublika Uşaq Təşkilatına məxsus avadanlıqlar, qəzetin arxivi çıxardılıb.

Xatırladaq ki, “Mərkəz” qəzeti üç ilə yaxındır ki, fəaliyyətini dayandırsa da, indiyədək qəzetin “Hökumət Evi”ndəki ofisləri saxlanılırdı və heç bir quruma icarəyə verilməmişdi.

Qeyd edək ki, bu gün report.az saytı eks-deputatın BDU-dan da çıxarılması ilə bağlı məlumat yayılmışdı. Daha sonra Gülər Əhmədova sözügedən məlumatı təkzib edib:

"Mən Bakı Dövlət Universitetinə getmişəm ki, məni işdən çıxartsınlar da?! Bu sentyabrdan işə çıxmamışam. Mən ərizəmi o vaxt yazmışam"





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net