Mahmudovun keçmiş həyat yoldaşını Çovdarov öldürüb - Tükürpədici iddia
Tarix: 18-11-2015, 14:57 | Çap et
Mahmudovun keçmiş həyat yoldaşını Çovdarov öldürüb - Tükürpədici iddia
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov barəsində daha bir tükürpədici iddialar yayılıb.

Avropa.info xəbər verir ki, bu barədə iddiaları jurnalist Eynulla Fətullayev öz “Facebook” hesabında yazıb. Jurnalistin yazdığına görə, Eldar Mahmudovun keçmiş həyat yoldaşını Akif Çovdarov qətlə yetirib:

“Təxminən 2006-cı ildə mən bu cütlüyün daha bir cinayətinin izinə düşdüm. Söhbət Eldar Mahmudovun ilk həyat yoldaşı, milliyətcə ləzgi olan Yana Mahmudovanın qətlindən gedir. Yeri gəlmişkən, 1993-cü ildən onu heç kim axtarmır və Daxili İşlər Nazirliyində itkin düşmüş şəxslərin siyahısındadır. Amma dəqiq məlumat əldə etmişdim ki, Yana Mahmudova Akif Çovdarov tərəfindən qətlə yetirilib. Hüquq-mühafizə orqanlarındaki mənbələrim 2006-cı ildə bu məlumatı təsdiq etmişdi”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net