
Biz BMT-nin rəhbərliyi ilə terrorizmlə mübarizə aparacaq xüsusi təşkilat yaratmalıyıq.
Axar.az xəbər verir ki, bunu G20 sammitində çıxışı zamanı Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdül-Əziz söyləyib. Kral Salman ibn Əbdül-Əziz artıq yeni təşkilat üçün 110 milyon dollar ayırmağa da hazır olduğunu bildirib.
Qeyd edək ki, bundan öncə G20 liderləri sərhədlərə nəzarətin artırılması və aviasiya təhlükəsizliyinin aktivləşdirilməsi ilə bağlı razılaşma imzalamışdılar.

