Fransa ABŞ və Rusiyanı birləşməyə çağırdı
Tarix: 17-11-2015, 11:30 | Çap et
Fransa ABŞ və Rusiyanı birləşməyə çağırdı
Fransa Suriyada özünü «İslam dövləti» adlandıran yaraqlılara qarşı hava hücumlarını 13 noyabr Paris terrorundan sonra daha da intensivləşdirib.

Fransa prezidenti François Hollande belə deyib. O, həmçinin Birləşmiş Ştatları və Rusiyanı aralarındakı mübahisəni kənara qoyub «İslam dövləti»nə qarşı mübarizədə birləşməyə çağırıb.

13 noyabr Paris terror nəticəsində 129 nəfər ölüb, 350-dən çoxu yaralanıb. «İslam dövləti» yaraqlıları terrora görə məsuliyyəti öz üzərilərinə götürüblər.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net