Bakıya istilik verildi - amma problemlər var
Tarix: 16-11-2015, 12:08 | Çap et
Bakıya istilik verildi - amma problemlər var
Ötən gündən başlayaraq paytaxt Bakıda binaların istiliklə təchizatına başlanılıb.

Bu barədə AzVision.az-a Azəristiliktəchizat”ASC-nin abonent və müştəri xidmətinin rəisi Rafiq Əliyev deyib.

Onun sözlərinə görə, bu il bütün qazanxana və istilik məntəqələrində cari profilaktiki təmir işləri başa çatdırılaraq qışa hazır vəziyyətə gətirilib.

“Heç bir problem yoxdur və qışa tam hazırıq. Noyabrın əvvəlində hidravlik təzyiqlə xətləri yoxlamışıq, heç bir problem qeydə alınmayıb”.

R.Əliyev qeyd edib ki, 2015-2016-cı il payız-qış mövsümündə 2600-dən çox yaşayış binasının istiliklə təmin olunması nəzərdə tutulub: ““Azəristiliktəchizat” ASC-nin mənbələrinə qoşulmuş bütün səhiyyə ocaqları, məktəblər və məktəbəqədər təhsil müəssisələri istilik sistemi ilə təmin olunacaq. Bakı şəhərində elə bir məktəb olmayacaq ki, istiliklə təmin olunmasın”.

Qeyd edək ki, hazırda Bakının bir çox yerlərində qazanxanalar hazır olmadığından istilik sisteminin verilməsinə başlanılmayıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net