Kəramət Böyükçöl AYB-dən çıxarıldı
Tarix: 11-11-2015, 16:13 | Çap et
Kəramət Böyükçöl AYB-dən çıxarıldı
Bu gün Azərbaycan Yazıçılar Birliyi Katibliyinin növbəti toplantısı keçirilib.

"Qafqazinfo" AYB-yə istinadən xəbər verir ki, toplantıda gənc yazıçı Kəramət Böyükçölün AYB üzvlüyündən xaric edilməsi ilə bağlı qərar qəbul edilib. Qərarda deyilir: “Azərbaycan Yazıçılar Birliyinin üzvü Kəramət Qəşəm oğlu Nəcəfov (Böyükçöl) dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq öz yazılarında və müsahibələrində ədəbiyyatımızın klassiklərinə qarşı təhqiredici münasibətini, çağdaş yazıçılarımıza atmacalarını, öz yaşıdı yazarlara qarşı aşağılayıcı fikirlərini davam etdirdiyinə görə AYB Nizamnaməsinin 6-cı maddəsinin 7-ci bəndinə uyğun olaraq Azərbaycan Yazıçılar Birliyi üzvlüyündən kənarlaşdırılsın”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net