Gəncə şəhərində oğurluqla məşğul olan şəxslər tutulub.
Daxili İşlər Nazirliyindən Trend-ə daxil olan məlumata görə, oğurluq hadisəsi ötən il martın 8-də baş verib. Belə ki, Əlizamin Əsədova məxsus evdən 2000 manat və qızıl əşyalar oğurlanıb.
Nizami (Gəncə) RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qarəti törətmiş Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuş Faiq Nəcəfov və Ruslan Novruzlu tutulublar.

