
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) beynəlxalq hərbi əməliyyatlar keçirməyə hazırdır.
Axar.az xəbər verir ki, bu sözləri KTMT Baş katibinin müavini Valeri Semerikov deyib.
O, BMT-nin qərar verəcəyi halda dünyanın müxtəlif yerlərində əməliyyatlar keçirə biləcəklərini bildirib.
Qeyd edək ki, 7 oktyabr 2002-ci ildə qurulan KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Ermənistan, Qırğızıstan və Tacikistan daxildir.
Təşkilat NATO-nun alternativi hesab olunur.

