Hilal Əsədovun evində TAM SAKİTLİKDİR
Tarix: 21-10-2015, 17:54 | Çap et
Hilal Əsədovun evində TAM SAKİTLİKDİR
Xəbər verdiyimiz kimi, dünən sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun müavini, general-leytenant Hilal Əsədovun evində axtarış aparılması haqda məlumatlar yayılıb. Bildirilirdi ki, 10 nəfər mülki şəxs evdə axtarış aparıb.

Xəbər ölkənin aparıcı qəzet və saytlarıyla yanaşı, televiziyalarda da tirajlanıb. Məsələ ilə əlaqədar olaraq araşdırma aparan Hafta.az dünən ilk olaraq xəbərin doğru olmadığını müəyyən etdi. General-leytenantın yaşadığı binada olan qonşuların sözlərinə görə, onlar Hilal Əsədovu işə gedən zaman görüblər. Bu gün isə Milli Təhlükəsizlik Nazirliyi məsələ ilə bağlı anspress-ə məlumat verərək bildirib ki, Hilal Əsədovun vəzifəsindən azad olunması ilə bağlı yayılan xəbərlərin heç bir əsası yoxdur.

“Hilal Əsədov barəsində yayılan bütün xəbərlər cəfəngiyyatdır. O, hazırda Milli Təhlükəsizlik Nazirliyində iş başındadır. Mətbuatda onun işdən azad olunması ilə bağlı yayılan xəbərlər dezinformasiyadır”, - deyə nazirliyin açıqlamasında bildirilir.

Günün ikinci yarısı H.Əsədovun qonşuları ilə bir daha əlaqə saxladıq. Qonşular bir daha bildirdilər ki, Hilal müəllimgildə həyat əvvəlki axarında davam edir və tam sakitlikdir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net