Transfarmator “ikilisi”nin vəziyyəti AĞIRLAŞIB
Tarix: 21-10-2015, 12:22 | Çap et
Transfarmator “ikilisi”nin vəziyyəti AĞIRLAŞIB
“Fəqan Fərzəliyev və onun yanındakı qız hazırda reanimasiyadadır”.

Bunu Hafta.az-a açıqlamasında 1 saylı şəhər xəstəxanasının və Fəqan Fərzəliyevin həkimi Fərahim Əhmədov deyib. Baş həkimin sözlərinə görə, yaralılardan biri kişi digəri isə qadın şöbəsində müalicə alırlar:

“Fəqanın vəziyyəti orta ağırdır, reanimasiyadadır. Huşu anlaqlı vəziyyətdədir. Qolu qopub, müalicəsi davam etdirilir. Borular vasitəsi ilə yeməyi verilib. Vəziyyəti ağırdır. Xəstəxanamıza onunla birgə daxil olan xanımın da vəziyyəti ağırdır. O, qadın şöbəsinə yerləşdirilib”.

Qeyd edək ki, ötən gecə Ağadadaş Qurbanov küçəsində 20 yaşlı Fəqan Fərzəliyev və hələlik kimliyi məlum olmayan təxminən 18 yaşlarında qız 6 min voltluq transformatorun qapısını açaraq içinə daxil olublar. Bu zaman ehtiyatsızlıq edən Fəqan Fərzəliyev yüksək gərginlikli naqillərə toxunub.

Nəticədə elektrik cərəyanı onları bir neçə metr kənara tullayıb. Hər iki şəxs ağır xəsarətlər alıblar. Yaralılar xəstəxanaya çatdırılıblar. Hadisə nəticəsində çoxsaylı yanıq xəsarətləri alan Fəqan Fərzəliyev qolunun birini itirib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net