Saatlıda canavarlar şəxsi təsərrüfata hücum edib
Tarix: 20-10-2015, 16:38 | Çap et
Saatlıda canavarlar şəxsi təsərrüfata hücum edib
Saatlı rayonunda şəxsi təsərrüfata canavarlar hücum edib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Saatlı rayonunun Əbilkənd kəndi ərazisində - Orucov Mehman Bəxtiyar oğlunun təsərrüfatında qeydə alınıb. Gecə saatlarında bir neçə canavar tövlədə olan qoyun-quzuya hücum edərək 24 qoyunu parçalayıb, 6-sını aparıb və 5-ni yaralayıb. Təsərrüfat sahibinə 5 min manatdan çox ziyan dəyib. Ev sahibi canavar ovu qadağan olunduğuna görə onları öldürməyə ehtiyat edib.

Saatlı rayon Baytarlıq Xidməti hadisə yerindən nümunə götürüb və ərazidə dezinfeksiya işləri aparılıb. Ölmüş qoyunlar Baytarlıq Xidməti tərəfindən basdırılıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net