Suriyada 366 min insanın öldürüldüyü, maddi-mədəniyyət abidələri dağıdıldığı halda dünya ictimaiyyəti hələ də seyirçi qalır.
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT konfransında deyib. O bildirib ki, insanlar bu fəlakətdən nəticə çıxarmırlar:
“Bu gün dünyanın bir sıra yerlərində insanlığa və təbiətə qarşı ağır cinayətlər törədilir. Tarixi abidələr yerlə-yeksan edilir. Lakin dünya birliyi hələ də buna göz yumur”.

