Küçə fənərləri cinayətlər haqqında məlumat verəcək
Tarix: 19-10-2015, 18:08 | Çap et
Küçə fənərləri cinayətlər haqqında məlumat verəcək
ABŞ-da küçə fənərlərinə quraşdırılan yeni "ShotSpotter” sistemi atəş səslərini identifikasiya etməyə və onlar barədə 911 xilasetmə xidmətinə məlumat verməyə imkan verəcək.

İKT.lent.az-ın “Qazeta”ya istinadən xəbərinə görə, hazırda San-Diyeqo və Ceksonvill şəhərlərində nəqliyyatın hərəkəti, boş parklama yerləri və hava şəraitinin monitorinqi barədə informasiya verən “ağıllı” küçə işıqlandırma sistemi işə salınıb.

Küçə fənərlərinin növbəti funksiyası küçə cinayətləri haqqında məlumatın verilməsi olmaqla ümumi şəhər səs-küyündə odlu silahdan açılan atəş səslərinin müəyyənləşdirilməsi olacaq. İntellektual sistem yalnız atəş səslərinə reaksiya verməklə onları fişəng və avtomobil səslərindən seçəcək.

Statistik məlumatlara görə, bu gün 911 xidmətinə küçədə baş verən 10 atışma hadisəsinin yalnız biri barədə məlumat verilir. Yeni texnologiya bunu daha operativ və diqqətlə etməyə imkan verəcək.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net