Sumqayıtda ağır qəza: qadın öldü
Tarix: 19-10-2015, 16:10 | Çap et
Sumqayıtda ağır qəza: qadın öldü
Sumqayıt şəhərinin Yaşma qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, oktyabrın 17-də saat 17 radələrində Sumqayıt şəhərinin Yaşma qəsəbəsində Şamaxı rayon sakini Azər Cəmiyevin idarə etdiyi “Fiat” və Bakı şəhər sakini Elməddin Həşimovun idarə etdiyi “Ford” markalı avtomobillər toqquşub. Nəticədə A.Cəmiyevin sərnişini, Bakı şəhər sakini Həvayət Məmmədova hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

BDYPİ tərəfindən araşdırma aparılır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net