Samuxda şagird məktəbdə yıxılaraq ağır xəsarət alıb
Tarix: 19-10-2015, 12:27 | Çap et
Samuxda şagird məktəbdə yıxılaraq ağır xəsarət alıb
Samux rayonunda orta məktəbdə bədbəxt hadisə baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Əhmədbəyli kəndində qeydə alınıb. Kənd sakini, 2000-ci il təvəllüdlü Sərxan Məmmədov məktəbin dəhlizində yıxılaraq ağır kəllə-beyin travması alıb. S. Məmmədov dərhal Gəncə şəhərindəki xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net