“Ukrayna pulsuz neft, pulsuz qaz, pulsuz pendir istəyir”.
Bunu SalamNews-a Avrasiya Araşdırmaları Mərkəzinin direktoru, ukraynalı politoloq Vladimir Kornilov deyib.
O bildirib ki, Azərbaycan regionda iqtisadi məsələlərə görə, Ukrayna üçün maraqlıdır. Onun sözlərinə görə, qalan məsələlərdə Ukraynanın heçnəylə işi yoxdur.
Tarixən dost ölkə kimi tanınan Ukrayna və Azərbaycanın hazırkı əlaqələrindən danışan mərkəz direktoru bildirib ki, bu gün bu münasibətlər mövcud deyil.

