Türkiyənin axtardığı 21 terrorçu haqda – İnanılmaz faktlar
Tarix: 14-10-2015, 15:19 | Çap et
Türkiyənin axtardığı 21 terrorçu haqda – İnanılmaz faktlar
Xəbər verdiyimiz kimi, İŞİD silsilə teraktlar törədilməsi üçün Türkiyəyə altısı qadın olmaqla 21 terrorçu göndərib.

Axar.az xəbər verir ki, Milli İstihbarat Təşkilatı (MİT) həmin şəxslərin kimliyini müəyyən edib. Kəşfiyyat məlumatlarına görə, bu şəxslərdən 18-i adıyamanlı, 3-ü isə terrorçularla evlənən avropalı qadındır. Terrorçuların siyahısında 1 azərbaycanlı da var. Bu, Türkiyədə axtarışa verilən Ülkər Məmmədovadır.

Terrorçular 2013-ci ildə Adıyaman vilayətində toplanaraq Suriyaya keçib və İŞİD-ə qoşulublar. Ailələri polisə məlumat verdikdən sonra həmin şəxslər axtarışa verilib.

2014-cü ilin oktyabrında Suriyaya gedərək İŞİD-ə qatılan Orxan Göndər 7 iyun seçkilərindən az öncə Türkiyəyə qayıdıb və Diyarbəkirdəki HDP mitinqində, Şeyx Əbdürrəhman Alagöz isə 20 iyul tarixində Türkiyəyə qayıdaraq Şanlıurfa vilayətinin Suruç mahalında terror aktı törədib.

Bu hadisələrdən sonra polis teraktı törədən Şeyx Əbdürrəhman Alagözün böyük qardaşı Yunus Əmrə Alagözün də aralarında olduğu 15 şəxsin İŞİD-ə qatıldığını və qruplaşmaya liderlik edən Mustafa Dokumacının soyadından ilhamlanaraq “Dokumacı qrupu” yaradıldığını öyrənib. Bu qrup Rakka və Telabyadda terakt törədilməsi ilə bağlı təlimlərdə iştirak edib.

Xüsusi xidmət oraqanları terrorçuların Suriyada evləndiyini təyin edib. Terrorçuların dini nikaha girdiyi qadınlardan 3-ü türk, digər 3-ü isə avropalıdır. Qadınlar da terror aktı törətmək üçün təlimlərdə iştirak edib.

Aparılan araşdırmalar nəticəsində Türkiyədə terror aktı törətmək tapşırığı alan 21 terrorçudan 19-nun fotoşəkli əldə olunub.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net