“İnsanlar dəyişkəndir. Biz aktyorlar səhnədə həmişə rola girirk. Əsas odur ki, real həyatda rola girməyək”.
Axşam.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Elşən Cəbrayılov "Hər şey daxil” verilişində deyib:
“Həyatda kiməsə görə dəyişmək olar. Amma o insanın kimliyi əsasdır. Sevdiyin birinə görə pis xasiyyətimi dəyişərəm. Başqa heç vaxt... Çalışıram ki, cəmiyyətdə də məni olduğum kimi sevsinlər. Kompleksim yoxdur. Əsas odur ki, insanlığımız dəyişməsin. Çox pozitiv, şən biri qəddar ağır birinə çevrilməsin".

