"Eynulla Fətullayevə qarşı olanlar..." - AÇIQLAMA
Tarix: 13-10-2015, 18:03 | Çap et
"Eynulla Fətullayevə qarşı olanlar..." - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, haqqin.az və Virtualaz.org saytının baş redaktoru Eynulla Fətullayev dünən Fransada polis tərəfindən saxlanılıb.

Hadisə araşdırmaçı jurnalistin rəhbərlik etdiyi haqqin.az saytının çəkiliş qrupu La-Manş tunelinin yaxınlığında tunel vasitəsilə Britaniyaya keçməyə çalışan qaçqınlar barədə reportaj hazırlayarkən baş verib.

E.Fətullayevlə bərabər operator Əli Sultanov və rejissor İdris Heydərov da saxlanılıblar. Polis onların sənədlərini alıb və saxlanma səbəbi haqda heç bir məlumat verməyib.

Jurnalistin son durumu ilə bağlı Hafta.az-a açıqlama verən virtualaz.org saytının redaktoru Famil Cəfərlinin sözlərinə görə, Eynulla Fətullayev hazırda sərbəst buraxılıb:

“Baş redaktorumuz Fransanın Kale şəhərində məskunlaşan ərəb qaçqınlarının düşərgəsindən reportaj hazırlamaq istəyirmiş. Bu zaman ona yaxınlaşan Fransa polisi Eynulla Fətullayevə və haqqin.az saytının çəkiliş qrupuna mane olmağa cəhd edib. Baş redaktor və saytın əməkdaşları 2 saat polislər tərəfindən dindirildikdən sonra sərbəst buraxılıblar. Hazırda Eynulla Fətullayev və saytın çəkliş qrupu azadlıqdadır və onlarla bağlı heç bir problem yoxdur. Baş vermiş hadisə Fransa polisinin söz azadlığına münasibətinin bariz nümunəsidir".





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net