Avtovağzal hələ də “sürüşür”: təcili təmir lazımdır, amma...
Tarix: 13-10-2015, 18:02 | Çap et
Avtovağzal hələ də “sürüşür”: təcili təmir lazımdır, amma...
Bir neçə gün əvvəlki güclü yağışdan sonra Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində baş vermiş sürüşməyə görə bağlanan avtobus yolu hələ açılmayıb.

Virtualaz.org saytının reportyoru bu gün avtovağzal kompleksi ərazisində olaraq görülən işlərin gedişini izləyib.

Müxbirimiz xəbər verir ki, avtovağzalın qarşısından şəhər istiqamətinə gedən avtobusların hərəkəti dayandırıldığından piyadaların da həmin əraziyə keçməsi qadağandır.

Avtovağzalın avtobus dayanacağı hissəsində isə həmin gün yalnız lokal asfaltlama işləri görülüb, elə bununla da kifayətləniblər. Hazırda isə vağzalın aşağı hissəsində təmir işləri gedir. Sürüşmə baş verən ərazidə istinad divarlarını bərkitmək əvəzinə ona sadəcə dirəklər söykəyiblər.

Xatırladaq ki, bu ərazidəki təhlükə mənbəyi hələ də qalır. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev də təsdiqləyib.

Ə.Piriyev APA-ya deyib ki, avtovağzalın qarşısındakı sürüşmə sahəsi aktiv fazadadır. O bildirib ki, yağışlı hava şəraitinin davam edəcəyi təqdirdə yoldakı çatlar daha da genişlənəcək: “Bu, yol üçün təhlükə yaradır. Təhlükənin neçə faiz olduğunu dəqiq demək mümkün deyil. Bunun üçün orada tədqiqat işləri aparmaq, bilmək lazımdır ki, asfaltın altında hansı kütlə var”.

Ə.Piriyev əlavə edib ki, sürüşmə baş verən ərazidə çatlar yol boyu təxminən 10 metr uzanır: “Həmin ərazi təhlükəli sahə hesab olunur. Ərazidə təcili bərpa işləri həyata keçirilməlidir”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net