Azərbaycanda dollar bahalaşıb, avro ucuzlaşıb
Tarix: 13-10-2015, 09:43 | Çap et
Azərbaycanda dollar bahalaşıb, avro ucuzlaşıb
Bu gün oktyabrın 12-si ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə möhkəmlənib.

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) oktyabrın 13-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi oktyabrın 12-si ilə müqayisədə 0,0001 manat və ya 0,01% artaraq 1,0475 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, avro zonanın vahid valyutası 0,0016 manat və ya 0,13% azalaraq 1,1898 manata enib.

Manata nəzərən Rusiya rublu isə dəyişməyərək 0,0169 manat səviyyəsində qərarlaşıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net