Ankarada teraktı "canlı bomba" törədib - ən azı 20 ölü...
Tarix: 10-10-2015, 14:14 | Çap et
Ankarada teraktı "canlı bomba" törədib - ən azı 20 ölü...
Bu gün Ankarada dəhşətli terror aktı törədilib. Musavat.com-un məlumatına görə, səhər saatlarında ar-arda törədilən bomba parlayışları nəticəsində ən azı 20 nəfər həlak olub, xeyli yaralı var. Ölənlərin sayının artacağı istisna edilmir.

Güclü partlayışlar dəmir yoluna aparan estakadanın altında baş verib. Bombalar ərazidəki küçəyə dövlət qulluqçuları konfederasiyası tərəfindən təşkil edilən, müharibə əleyhinə mitinqin iştirakçıları gəlməyə başlarkən işə salınıb.

Terror aktının hansı qüvvə tərəfindən törədildiyi dəqiqləşdirilir. Partlayışın “canlı bomba” tərəfindən həyata keçirildiyi də mümkün hesab edilir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net