Türkiyədə son iki ayda 2 min terrorçu məhv edilib
Tarix: 5-10-2015, 15:41 | Çap et
Türkiyədə son iki ayda 2 min terrorçu məhv edilib
Türkiyədə son aylarda baş verən terror hadisələri ilə bağlı hesabat xarakterli məlumat açıqlanıb.

Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, bu ölkənin daxili işlər naziri Selami Altınok baş verən terror hadisələrinə dair son hesabatı açıqlayıb.

Hesabata əsasən, iyulun 22-dən bəri Türkiyədə ümumilikdə 2483 terror hadisəsi qeydə alınıb. Terror hadisələrinə qarşı 4328 əməliyyat həyata keçirilib, 2 min terrorist isə zərərsizləşdirilib.

Qeyd edək ki, baş verən teraktlar nəticəsində onlarla türkiyəli əsgər və polis, həmçinin, mülki vətəndaşlar şəhid olub və ya yaralanıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net