Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı, ordu generalı Abidin Ünal PKK terror təşkilatına qarşı əməliyyatlarda iştirak edib.
Axar.az xəbər verir ki, ordu generalı sentyabrın 26-da Diyarbəkirdən havalanan qırıcıda sükan arxasına keçərək Şimali İraqda PKK-nın Metina adlı düşərgəsini bombalayıb.
Qeyd edək ki, sentyabrın 26-da Şimali İraqda keçirilən əməliyyatda PKK-nın 11 hədəfi vurulmuş, terrorçuların sığınacaq və anbarları məhv edilmişdi.

