Xalq artisti Gülyaz Məmmədova tədbirlərin birində fotokameramız qarşısına keçərək şəkillər çəkdirib.
Axşam.az-a açıqlama verən müğənni geyimlərindən danışıb:
“Bütün səhnə geyimlərimizi bacım Gülyanağın (xalq artisti Gülyanaq Məmmədova - red.) qayınanası Türkiyədən alıb göndərir. Gözəl zövqü var. Hansısa hissəsi açıq olursa, burada düzəlişlər etdirir, bağlayırıq”.
İfaçı oğlu Ramazandan bəhs edən G.Məmmədova duet oxumamalarının səbəbini açıqlayıb:
“Ramazan Gülyanaqla duet oxudu. O qədər gözəl alınıb ki... Mən bundan sonra onunla duet oxumaqdan çəkinirəm”.

