Telekanalların ən reytinqli verilişləri niyə bağlandı?
Tarix: 30-09-2015, 17:39 | Çap et
Telekanalların ən reytinqli verilişləri niyə bağlandı?
Bir neçə gündür ki, Azərbaycan televiziyalarında yayımlanan populyar verilişlərin bir-birinin ardınca bağlanması ilə bağlı xəbərlər yayılmaqdadır.

Yayılan məlumatlara əsasən artıq ATV-nin “Öz aramızda”, ANS-in “A-dan Z-yə”, “Şokolad” “Axtarıram səni” verilişləri bağlanıb, bir sıra proqramlarda isə aparıcılar və format dəyişikliyi edilib.

“Qafqazinfo-nun əldə etdiyi məlumata görə, verilişlərin bağlanması ilə bağlı MTRŞ-nin günorta saatlarında başlayan iclası hələ də davam edir. Konkret olaraq saat 15:00-dan başlayan iclasda bir sıra televiziya təmsilçilərinin də iştirak etdiyi bildirilir.

İclas başa çatan kimi mətbuata verilişlərin bağlanma səbəbi ilə bağlı geniş açıqlama veriləcək.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net