Əflatun Amaşov iki YAP-çı ilə bir dairədə
Tarix: 29-09-2015, 14:46 | Çap et
Əflatun Amaşov iki YAP-çı ilə bir dairədə
Mətbuat Şurasının sədri Əflatun Amaşovun seçkilərdə iki YAP üzvü olan rəqibi var.

Axar.az-ın məlumatına görə, 62 saylı Saatlı Seçki Dairəsindən hakim partiyanın irəli sürdüyü namizəd Nazim Rəşidovdur.

N.Rəşidov rayonun Dədə Qorqud bələdiyyəsinin sədridir. YAP-çı Minayə Əliyeva isə öz təşəbbüsü ilə seçkilərə qatılıb. O, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvüdür, təqaüdçüdür. Baxmayaraq ki, YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov siyahıdan kənar namizəd olanların partiyadan xaric ediləcəyini açıqlamışdı.

Bu dairədən seçkilərdə mübarizə aparacaq bir başqa namizəd isə “Araz-Şöhrət” şirkətinin direktoru müavini Vüqar Məmmədovdur.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net