İran prezidenti Nyu-Yorku təcili tərk edir
Tarix: 28-09-2015, 11:28 | Çap et
İran prezidenti Nyu-Yorku təcili tərk edir
İran prezidenti Həsən Ruhani Məkkədə həcc zamanı iranlıların həlak olması ilə əlaqədar BMT Baş Assambleyasına səfərini yarımçıq qoyaraq, Tehrana qayıdacaq.

“Nyu-Yorka gəldiyi vaxtdan prezident Minadakı hadisələri və həlak olan, yaralanan iranlı zəvvarlar barədə xəbərləri diqqətdə saxlayıb”, - İRNA agentliyi İran prezidentinin mətbuat xidmətindən sitat gətirir.

Həlak olan iranlı zəvvarların olduğu ilk təyyarə Tehrana sentyabrın 29-da gələcək, buna görə də Ruhani ABŞ-ı sentyabrın 28-də tərk edəcək.

Qeyd edək ki, son məlumatlara görə Məkkədə baş verən faciədə 169 iranlı ölüb, bu ölkənin daha 300 vətəndaşı itkin düşənlər arasındadır.(oxu.az)





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net