“Lion” da qətl törəndələr İrana keçərkən tutuldu
Tarix: 21-09-2015, 17:30 | Çap et
“Lion” da qətl törəndələr İrana keçərkən tutuldu
Bakıda kafedə qətl törədən şəxslər Azərbaycandan qaçmaq istəyərkən tutulub.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən AzVision.az - a verilən məlumata görə, sentyabrın 20-də Biləsuvar kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsindən dövlət sərhədini İran İslam Respublikası istiqamətində pozmağa cəhd göstərən iki və onlara vasitəçilik edən bir Azərbaycan vətəndaşı saxlanılıb.

Müəyyən olunub ki, Əliyev Rövşən Natiq oğlu sentyabrın 18-də Bakı şəhərində yerləşən “Lion” kafesində baş vermiş qətl hadisəsində şübhəli bilinən və cinayət yerindən qaçan, əvvəllər məhkum olunmuş Ağayev Niyaməddin Xanhüseyn oğlu və Hətəmov Nurəddin Nurməmməd oğlunu dövlət sərhədindən qanunsuz keçirmək məqsədi ilə idarə etdiyi avtomaşınla Biləsuvar rayonunun sərhədyanı ərazisinə apararaq köməklik edib.

Dövlət Sərhəd Xidməti əməkdaşlarının sayıqlığı nəticəsində Hətəmov Nurəddin Nurməmməd oğlu, Ağayev Niyaməddin Xanhüseyn oğlu və Əliyev Rövşən Natiq oğlu sərhədyanı ərazidə saxlanılıblar.

Hazırda fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net