YAP siyahıdan çıxardı, 27-ci dəfə Həccə getdi
Tarix: 16-09-2015, 13:20 | Çap et
YAP siyahıdan çıxardı, 27-ci dəfə Həccə getdi
Deputat Hacı Qalib Salahzadə 27-ci dəfə Həcc ziyarətinə gedib.

Millət vəkili Axar.az-a Məkkədə olduğunu bildirib.

Müxbirimiz YAP-ın namizədlər siyahısında adı olmayan deputatdan bu seçimə münasibət öyrənmək istəyib.

Haci Qalib isə ziyarətdə olduğunu və danışa bilmədiyini, vətənə qayıdanda açıqlama verəcəyini söyləyib.

27 saylı Sabunçu II seçki dairəsindən YAP-ın siyahısı ilə deputat seçilmiş Hacı Qalib Şeyxin qudasıdır. O, bu il mart ayında “musavat.com”a müsahibəsində hər il Həcc ziyarətinə getdiyini və artıq 26 dəfə Kəbədə olduğunu bildirmişdi.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net