İlham Əliyev Astanada Qazax xanlığının 550 illik yubileyində
Tarix: 11-09-2015, 12:06 | Çap et
İlham Əliyev Astanada Qazax xanlığının 550 illik yubileyində
Azərbaycan prezidenti İlham Əliyev Astanada Qazax xanlığının yaranmasının 550 illik yubileyinə həsr olunan tədbirlərə qatılıb.

APA-nın xəbərinə görə, bu barədə “Kazakhistan today” agentliyi məlumat yayıb.

Astanada Müstəqillik Sarayında keçirilən tədbirlərdə Qazaxıstan prezidentiNursultan Nazarbayev qazax xalqını təbrik etdikdən sonra xarici qonaqları, o cümlədən Azərbaycan və Qırğızıstan prezidentlərini salamlayıb.

Xatırladaq ki, bu gün Astanada Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının V sammiti keçiriləcək. Sammitdə Azərbaycan prezidenti də iştirak edəcək. Türkiyəni isəTürkiyə Böyük Millət Məclisinin sədri İsmət Yıldız təmsil edəcək.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net