“Sınıq Körpü” gömrük keçid məntəqəsində sıxlıq yaranıb
Tarix: 9-09-2015, 13:01 | Çap et
“Sınıq Körpü” gömrük keçid məntəqəsində sıxlıq yaranıb
Bu gün səhər saatlarından etibarən Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən “Sınıq Körpü” gömrük keçid məntəqəsində sıxlıq yaranıb.

Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, sıxlığa Gürcüstan tərəfdə yerləşən gömrük keçid məntəqəsində yaranan texniki nasazlıq səbəb olub. Buna görə, səhər saatlarından etibarən, avtonəqliyyat vasitələrinin və sərnişinlərin sərhəddən keçidində müəyyən problemlər yaranıb.

Gürcüstan tərəfində artıq problem aradan qaldırılıb və gömrük keçid məntəqəsinin fəaliyyəti bərpa edilib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net