Zakir Həsənovun “oyunlar”ı erməniləri təşvişə saldı
Tarix: 8-09-2015, 12:02 | Çap et
Zakir Həsənovun “oyunlar”ı erməniləri təşvişə saldı
Təlimlər sentyabrın 13-nə qədər davam edəcək.

Ermənistan Müdafiə Nazirliyi Azərbaycan tərəfini silahlı qüvvələrə nəzarətə dair müqaviləni pozmaqda ittiham edib, səbəb Azərbaycanda komanda-qərargah təlimlərinin keçirilməsidir, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.

Azərbaycan Silahlı Qüvvələrinin bazar günü başlayan və sentyabrın 13-nə kimi davam edəcək təlimlərinə 65 min hərbçi, 700 ədəd zirehli texnika, 500-dən çox raket və artilleriya qurğuları, 40 təyyarə və helikopter cəlb edilib.

“ATƏT çərçivəsində Azərbaycan və Ermənistanın daxil olduğu silahlı qüvvələrə nəzarətə dair beynəlxalq müqavilələr təlimlərə nəzarət mexanizmini nəzərə alır”, - bazar ertəsi Ermənistan müdafiə nazirinin birinci müavini David Tonoyan bəyan edib.

Onun sözlərinə görə, 2011-ci il Vyana sazişində müəyyən edilib ki, quru qoşunlarının iştirakı ilə keçirilən təlimlər barədə, əgər bu təlimlərdə ən azı 9 min adam və ya 250 hərbi tank, 500 hərbi zirehli maşın, 250 özüyeriyən və ya qoşmalı artilleriya silahı, minaatan və yaylım atəş reaktiv sistemləri (kalibri 100 mm-dən yuxarı olan) cəlb edilibsə, üzv ölkələr qalan dövlətləri xəbərdar etməlidir.

Bununla yanaşı, əgər bu təlimlər ötən ilin planı üzrə nəzərdə tutulmayıbsa, o zaman xəbərdarlıq ən azı 42 gün öncə edilməlidir.

“Məlumat vermək istərdim ki, “İldırım-2015” (Ermənistanda sentyabrın 3-6-da keçirilib) və “Pozulmaz qardaşlıq 2015” (Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatının sülhməramlı qüvvələrinin kollektiv təlimi Ermənistanda sentyabrın 28-dən oktyabrın 4-nə qədər keçiriləcək) təlimləri bu kvotaları pozmur, buna baxmayaraq şəffaflığı və qarşılıqlı inamı təmin etmək məqsədi ilə onlar barədə Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatının prosedurlarına müvafiq olaraq bəyanat verilmişdi”, - Tonoyan bildirib və elan edilən rəqəmlərə baxılarsa Azərbaycanda keçirilən təlimlər barədə əvvəlcədən xəbər verilməsi lazım olduğu halda bunun edilmədiyini əlavə edib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net