Nisə Qasımova ilə Elton arasında mübahisə
Tarix: 2-09-2015, 17:10 | Çap et
Nisə Qasımova ilə Elton arasında mübahisə
Xalq artisti Nisə Qasımova ilə müğənni Elton Hüseynəliyev arasında narazıçılıq yaşanıb.

Axşam.az-ın məlumatına görə, “Azərbaycanın səsi” verilişində E.Hüseynəliyevin dediyi “Müğənnini səhər tezdən yuxudan oyatsan da oxumağı bacarmalıdır. Sənətçinin ifasında "detone" olmamalıdır. Əgər varsa, o müğənni deyil” sözləri qarşı tərəfi əsəbiləşdirib.

N.Qasımova sənətçiyə etirazını belə bildirib:

“Müğənni var ki, xırdalıq etmir. Sadə oxuyur, adam heyran qalır. Balaca "detone" olan kimi başından vurmamalıyıq. Kim deyir səhər yuxudan oyanan kimi oxumağı bacarmalısan? Kim bu sözü deyirsə, yanlışdır. Elə-belə şüardı çıxarıblar. Tibbi nöqteyi nəzərdən belə bir şey olmaz”.

E.Hüseynəliyev “Burada bizim böyüyüyümz Nisə Qasımovadır. Məni yanlış anlayır” deyərək, onun könlünü almaq istəyib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net