"Bir il içində hamımız evlənəcəyik"
Tarix: 5-08-2015, 12:12 | Çap et
"Bir il içində hamımız evlənəcəyik"
Aparıcı İlkin Həsəni “Bozbash pictures” kollektivinin subay üzvlərindən danışıb.

Axşam.az-ın məlumatına görə, aparıcı “Onlar”a açıqlamasında tezliklə hamısının evlənəcəyini bildirib:

“Kollektivimizdə Ramil Babayev və İlkin Miskərli ailəlidir. Mən, Nicat Rəhimov, Azər Baxşəliyev və Elşən Orucov subayıq. Söz vermişik ki, bir ildən sonra kollektivdə bir subay da qalmamalıdır. Hələ ki növbədə Nicatdır. Ondan sona görək kim evlənir”.

Yay istirahətindən danışan İ.Həsəni yol üstə olduğunu deyib:

“Bozbash pictures”in aktyorları ilə planımız var. Onu reallaşdırandan sonra Azərlə mən okeanın o tayına gedəcəyik. Avqustdan sonra işlərimiz çoxdur. Film çəkəcəyik”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net