Türkiyə Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi məlum olub
Tarix: 5-08-2015, 10:39 | Çap et
Türkiyə Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi məlum olub
Türkiyə Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisinin kimliyi məlum olub.

APA-nın “Milliyət” qəzetinə istinadən verdiyi xəbərə görə, Yüksək Əsgəri Şuranın iclasında Baş Qərargah rəisi vəzifəsinə ordu generalı Hulusi Akarın təyin olunmasına qərar verilib.

Bundan başqa, Salih Zeki Çolak Quru Qoşunları Komandanı, Abidin Ünal Hava Hücumdan Müdafiə Qoşunları Komandanı, Qalip Mendi Jandarma Baş Komandanı təyin olunacaq, Dəniz Qoşunları Komandanı Bülənt Bostanoğlunun səlahiyyət müddətləri isə artırılacaq.

Qərar bu gün yerli vaxtla saat 12-də prezident Rəcəb Tayyip Ərdoğan tərəfindən təsdiqlənəcək.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net