Bakıda məzarlıqlar köçürüləcək? – Rəsmi
Tarix: 5-08-2015, 09:30 | Çap et
Bakıda məzarlıqlar köçürüləcək? – Rəsmi
Bakıdakı qəbiristanlıqlar heç bir yerə köçürülməyəcək. Məndən müsahibə alınarkən o fikir təhrif olunub. Sadəcə, mövcud məzarlıqlarda sıxlıq yarandığı üçün şəhərin başqa ərazilərində yeni qəbiristanlıqlar salınması nəzərdə tutulur.

Bu sözləri Axar.az-a Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov bildirib. Baş mühəndisin sözlərinə görə, media onun adından yanlış xəbər verib və bu da müəyyən narahatlığa səbəb olub:

“Yeni sahələrdə məzarlıqlar salınması və həmin massivlərin müəyyən olunması Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səlahiyyətindədir. Bununla bağlı Nazirlər Kabineti və Bakı Şəhər İcra Hakimiyyəti qarşısında məsələ qaldırılıb”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net